GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsi azərbaycanlı milli-mədəni fəal Şapur Nüsrətpuru idarəyə çağıraraq sorğu-suala tutıb.
Çərşənbə günü mart ayının 17-də Ərdəbildə yaşayan azərbaycanlı fəal telefon vasitəsilə ETTELAAT İdarəsinə çağraraq bir neçə saat dindirilib.
Fəalın yaxınlarının verdiyi məlumata görə, 4 saat çəkən dindirmə zamanı mədəni fəal təhlükəsizlik məmurları trəfindən hədələnərək, psixi təzyiqlərə məruz qalıb.
Qeyd edək ki, Şapur Nüsrətpur bundan öncə də dinc milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə yaxalanıb və təzyiqlərə məruz qalıb.