GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkə İraqla sərhəddə Şelamçə sərhəd buraxılış məntəqəsini bağlamağı qərara alıb. Buna səbəb cümə günü İraqın Bəsrə şəhərində İran adlanan ölkənin Baş Konsulluğunun binasını yandırılması olub və irqçi fars-molla rejimin İraqdan qovulması olub.
İran diplomatik nümayəndəliyi öz vətəndaşlarını nümayişlər keçirilən İraq vilayətini dərhal tərk etməyə çağırıb.
Son məlumata görə, Bəsrədə etirazlarda 20 mindən çox insan iştirak edib. Nümayişlər zamanı bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Qeyd edək ki, sentyabr ayının 7-i axşam saatlarında on minlərlə Bəsrə əhalisinin iştirakı ilə keçirilən kütləvi yürüşdə, iraqlı etirazçılar əvvəlcə İran adlanan ölkəyə bağlı olan bir sıra partiyaların binalarına və İrana meyilli bəzi partiya başçılarının evlərinə hücum ediblər. Etirazçılar daha sonra İran konsulluğunun binasını ələ keçirərək ona od vurublar və İran bayrağını yerə endiriblər.
İran rejiminə qarşı şüarlar səsləndirən etirazçılar, ölkədə içməli suyun və işıqların tez-tez kəsilməsinə, eləcə də İranın İraqın daxili işlərinə qarışmasına son qoyulmasını tələb ediblər.