Cümə , Dekabr 27 2024
azfa

İrqçi fars rejimin müstəmləkə siyasətinin nəticələrindən: Qərbi Azərbaycanda magistral yol yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti nəticəsində Qərbi Azərbaycan vilayətində magistral yol yoxdur. Bu barədə vilayətin Polis İdarəsinin rəisi polkovnik Hüseynzadə açıqlama verib..

Hüseynzadə deyib: “Son 10 ay ərzində Qərbi Azərbaycanda yol qəzalarında ölənlərin sayı 17 faiz, xəsarət alanların sayı isə 7 faiz artıb. Ölüm faktı ən çox Qoşaçay (12 faiz), Makı (11 faiz) yollarında və Urmiya-Xoy yolunda (11 faiz) qeydə alınıb.

Yol qəzalarının sayı isə həftə sonu artır. Tətil günlərində baş verən qəzalar bütün yol-nəqliyyat hadisələrinin 46 faizini təşkil edir”.

O həmçinin deyib ki, Qərbi Azərbaycanda 280 kilometr şəhərlərarası magistral yol və 11 min kilometr kənd yolu var. Vilayətin üç ölkə ilə həmsərhəd olmasına baxmayaraq  avtomagistral yolu yoxdur.

Həmçinin yoxlayın

Ərəb Liqası İrana xəbərdarlıq etdi

GADTB: Ərəb Liqası İslam Respublikası hökumətini Suriyanın keçmiş prezidenti və İran hökumətinin köhnə müttəfiqi Bəşar …

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

Bir cavab yazın