Çərşənbə , İyun 18 2025
azfa

İrqçi fars rejimin rəsmisindən Urmiya gölündə genetik mutasiya barədə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin Ətraf Mühit Təşkilatının rəisi İsa Kələntəri Urmiya gölünün qurumasının bölgədə genetik mutasiyalar əmələ gətirəcəyinə etiraf edib.

İsa Kələntəri Zəncan Universitetində təşkil olunan mərasimdə deyib: “3 il əvvəl gölün qurumasının səbəbi haqda elmi araşdırma aparıldı. Araşdırmanın nəticəsi göstərdi ki, gölün 18%-nin qurumasında iqlim dəyişikliyi, 82 %-in qurumasında isə insan amilinin rolu var”.

Qeyd edək ki, Urmiya gölü irqçi fars rejimi tərəfindən qurudulandan sonra bölgədə genetik mutasiyanın olmasına dair sübutlar tapılıb. Hətta bir neçə il əvvəl həddindən artıq böyümüş qarğalar və s. sübutlar Urmiya gölü ətrafında müşahidə edilmişdi.

Həmçinin yoxlayın

Ərdəbildə partlayışlar baş verib

GADTB: Bu gün Ərdəbil şəhərinin bəzi bölgələrində güclü partlayışların baş verdiyi bildirilib. Bəzi “Telegram” kanalları …

GADTB başqanı sayın Əjdər Tağızadənin “TV Musavat” kanalında “İranın nüvə obyektlərinə hücum: Tehran boşaldılır, Çin İrana təyyarələr göndərdi- İran ABŞ-ı vuracaq” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın