Bazar , Oktyabr 25 2026
azfa

İran Dağlıq Qarabağdakı banklarında əməliyyatlar aparır, “Hizbullah”a pul köçürür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın İran adlanan ölkə və böyük ölçüdə Rusiya ilə strateji yaxınlaşması Qərbin Yaxın Şərq regionundakı maraqlarını təhdid edir. Belə ki, Ermənistanın sayəsində Rusiya və İran ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalardan yayınmaq imkanları qazanıb.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Bartonun “The Daily Caller” nəşrində dərc edilmiş məqaləsində bildirilir.

Eks-konqresmen yazır ki, Rusiya və İran Ermənistanın iki əsas müttəfiqləridir. İran Ermənistanla dəmir yol əlaqəsi yaratmağa çalışır, Ermənistan regionda İran qazının ən iri istifadəçisidir. 2014-cü ilin mayında İranla Ermənistan arasında gündəlik aviareyslər artırılıb.

“Situasiya daha da təhlükəlidir. Ermənistan Qərbi əmin edib ki, onun bank sektoru ciddi nəzarət altındadır və İran erməni bankları üzərindən pulların yuyulmasını həyata keçirə bilməz. Lakin ABŞ rəsmi şəxslərinin sözlərinə görə, İranın Ermənistan tərəfdən işğal edilmiş Dağlıq Qarabağdakı erməni banklarına sərbəst çıxışı var, oradan İran vəsaitləri özünün nüvə və raket proqramlarının genişləndirilməsi, habelə Yaxın Şərqdəki terrorçu təşkilatların maliyyələşdirilməsi üçün istifadə edə bilər”-Dan Barton bildirir.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın