Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Rusiya zəifləyir, türk müxtar respublikalar müstəqil olacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya iqtisadiyyatı Krımın təminatını həyata keçirmək üçün lazım olan vəsaitlərin təzyiqinə çox dözməyəcək. Bunu məşhur ukraynalı jurnalist Andrey Tsaplienko söyləyib.

“Ölkə onsuz da beynəlxalq sanksiyalardan əziyyət çəkir. Tezliklə, ondan beynəlxalq arbitraj məhkəmələri müəyyən ödənişlər etmək üçün tələb irəli sürəcəklər. Digər tərəfdən isə zəifləyən Rusiyadan Şimali Qafqaz, Sibir, Uzaq Şərq, Tatarıstan kimi bölgələrin daha çox muxtariyyət tələb etmək təhdidi var. Kremlin burada iki variantı mövcuddur: ya güc variantı, ya da maliyyələşmənin artırılması. Hər iki variantda Moskva uduzacaq. Güc variantı ölkənin daha tez silkələnməsinə gətirib çıxaracaq. Belə olan halda dotasiyalarla yaşayan Krımı əldə saxlamaq çətin olacaq. Bundan sonra Moskvanın yeganə çıxış yolu yarımadadan imtina olacaq. Bu isə 10-20 il ərzində mümkün ola bilər”, – deyə o bildirib.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın