İrqçi fars rejimin səfirindən Azərbaycana böyük hörmətsizlik

GADTB-nin Mətbuat Mərkəzinin Aznews.tv-ə istinadən yaydığı məlumata görə, Bu yaxınlarda sosial şəbəkələrdə Ermənistanda diplomatik missiyası bitmiş İran səfiri Seyid Kazım Səccadinin işğalçı ölkənin İnzibati idarəetmə və infrasturktur nazirliyinə ziyarətini əks etdirən fotoşəkil paylaşılmışdı.

Ziyarətin özündə qeyri-adi bir şey olmasa da, şəklin Azərbaycanın işğal edilmiş torpaqları ilə birgə Ermənistan xəritəsi fonunda çəkilməsi hiddətə səbəb olub.

Ermənilərin işğalçı siyasəti hamıya aydın olsa da, İran səfirinin bu cür fonda şəkil çəkdirməsi sual doğurur.

“Görməyib”, “bilməyib” kimi bəhanələr burada yersizdir. Çünki bu şəxs sıravi vətəndaş yox, səfirdir.

Bununla əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı İran tərəfinə sual ünvanlamalıdır.

Çünki, üzdə olsa belə, İran Azərbaycanın torpaq bütövlüyünü tanıyır.

Lakin bu yaxınlarda İranın millət vəkili Əli Mütəhhərinin Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycanın mövqeyi ədalətli olmasına baxmayaraq, etniki təhlükə səbəbindən İranın Ermənistanın tərəfini tutması barədə bəyanatı bu ölkənin Azərbaycana və azərbaycanlılara qarşı əsl siyasətinin bariz nümunəsidir.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın