İrqçi fars rejimindən fərqlənməyən mücahidlər molla rejiminin devrilməsindən danışırlar

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimindən fərqlənməyən mücahidlər molla rejiminin devrilməsindən sonra quracaqları hakimiyyətin necə olmasından danışırlar. Bu rejimin rəhbərləri kimi diktator və irqçi baxışlara malik olan mücahidlərin sədri Məryəm Rəcavi bildirib ki, İranda sosial, iqtisadi və siyasi dəyişiklik olmalıdır. Buradakı rejimin dağılması qaçılmazdır və qələbə mütləqdir. İran tezliklə azadlığa qovuşacaq. Mövcud rejim devrilmək üzrədir.

Rəcəvi deyib: “İranda hökumətin zəiflədiyinə dair sübutlar var. Birincisi, gənclər qorxmadan, tərəddüd etmədən ayağa qalxıb. İkincisi, rejimin təzyiqlərinə rəğmən, iş yerlərində etirazlar davam edir. Üçüncüsü, qiymətlər qalxır, yoxsulluq dərinləşir və rejim buna əncam çəkə bilmir”.

Rəcavi ABŞ sanksiyalarının İran hökumətini daha ağır vəziyyətə saldığını deyib:

“Rejimin süqutundan sonra altı aylıq müvəqqəti hökumət qurulacaq. Bu müvəqqəti hökumətin əsas vəzifəsi İranda azad seçkilər keçirmək üçün məclis yaratmaq olacaq. Sonra yeni bir konstitusiya hazırlanacaq və İran xalqının razılığı üçün referendum keçiriləcək. Bununla da yeni respublika yaradılacaq”.

 

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın