Bazar ertəsi , İyul 26 2021
azfa

İşgəncəyə qarşı mübarizə günündə yaxalanan azərbaycanlı fəallar cərimələndi- sənəd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Urmiyada yerləşən Apelyasiya Məhkəməsi işgəncəyə qarşı mübarizə günündə yaxalanan azərbaycanlı milli-mədəni fəalları cərimələdi. Artıq fəalların həbs hökmünü cərimə hökmü ilə dəyişdirilib.

İşğalçı və irqçi fars rejimin Qərbi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı milli-mədəni fəallar Meysəm Azadi, Murtaza Zərrin, Vəhid Nəsibi, Qulaməli Hüseynquluzadə və Vəhid Faizpur haqda çıxarılan 8 aylıq həbs cəzasını 24 milyon rial cərimə ilə dəyişib.

Yaxalanan azərbaycanlı fəallar bundan öncə rejimin Urmiyada yerləşən Cinayət Məhkəməsinin 102-ci şöbəsinin rəisi Cavid Çöhrəqani azərbaycanlı milli-mədəni fəalları “qarşıdurma ilə nəticələnən hadisədə Ettelaat əməkdaşlarına tabe olmamaq”da günahlandıraraq hər birini 8 ay həbs cəzasına məhkum etmişdir.

Azərbaycanlı fəallar tutulduqları zaman “sistemin əleyhinə təbliğat aparmaq”da da ittiham olunmuşdular. Lakin bu ittiham sonralar aradan ləğv edilib.

Qeyd edək ki, 2013-cü il iyun ayının 27-də 36 nəfər azərbaycanlı fəal “26 iyun – İşgəncəyə qarşı mübarizə günü münasibəti ilə keçirilən mərasimə qatılmaq üçün Səhənd dağına yola getmək istəyiblər. Onlar Urmiya gölü körpüsündə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanılıb.

Yaxalanan azərbaycanlı fəallardan 30 nəfəri bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılıb. Lakin azərbaycanlı fəallar Süməyyə Əlidusti, Vəhid Faizpur, Qulam Əlizadə, Meysəm Azadi, Vəhid Nəsibi və Murtaza Zərrin 6 gün saxlandıqdan sonra zaminə buraxılmışlar.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadə AN.T kanalında “Azərbaycanlı siyasi fəalların əl-Əhvaz qiyamını dəstəkləməsi” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Güney Azərbaycan İstiqlalçılar Birliyinin istiqlaldan əsla vaz keçməyəcəyinə dair bildirişi

GADTB: Güney Azərbaycan İstiqlalçılar Birliyi istiqlaldan əsla vaz keçməzdir. Güney Azərbaycan İran Fars işğalçı Rejimi …

Bir cavab yazın