Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İşğalçı Ermənistanda müxalifət “məxməri inqilab” komitəsi yaratdı

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Ermənistan parlamentinin deputatı, müxalif “Vətəndaş dialoqu” partiyasının lideri, sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz hərəkatına başçılıq edən Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını elan edib.

Nikol Paşinyanın sözlərinə görə, bu komitə hərəkata rəhbərlik edəcək və onu qələbə sonluğunadək çatdıracaq.

“Bütün regionlarda dövlət müəssisələrinin blokadası üçün inqilab komitələri yaradılacaq və çox tezliklə bu müəssisələr, o cümlədən polis inqilab komitələrinin əmrlərini yerinə yetirəcəklər”, – deyə Paşinyan mitinqdə bildirib. O, həmçinin deyib ki, dövlət orqanlarının blokadası çərşənbə günü başlayacaq.

Serj Sarkisyanın baş nazir seçilməsi Ermənistan müxalifətinin kütləvi etiraz aksiyaları ilə müşayiət olunur. Yerevanda aprelin 13-dən başlayan mitinqlər davam etməkdədir. Polis paytaxtın bir neçə mərkəzi küçəsini bağlayan aksiya iştirakçılarına qarşı əməliyyat keçirərək onlarla fəalı həbs edib. Toqquşmalarda 40 aksiya iştirakçısı və 6 polis işçisi yaralanıb.

 

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın