Şənbə , İyul 19 2025
azfa

İspaniya Katalonların lideri Puçdemona həbsinə qərar verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İspaniya Ali Məhkəməsi ölkədən qaçmış sabiq Kataloniya lideri Karles Puçdemon və onun bir neçə silahdaşının həbsinə beynəlxalq order verib. Bu barədə “El Pais” qəzeti xəbər verib.

Məlumata görə, Kataloniya hökumətinin keçmiş üzvləri üsyana təhrikdə günahlandırırlar.

Xatırladaq ki, 2017-ci il, noyabrın 3-də İspaniya Milli Məhkəmə Kollegiyası K.Puçdemon və digər 4 nəfərin həbs edilməsinə dair qərar çıxarmışdı. Kataloniya hökumətinin keçmiş üzvləri saxta ittihamlarla qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində  ittiham olunurdular. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur. Lakin katalonların istiqlal tələbi davam edir.

Həmçinin yoxlayın

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …

Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf

GADTB: Azərbaycanlı professor, doktor Puya Əlaəddini Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf edib. O deyib …

Bir cavab yazın