Şənbə , Sentyabr 26 2026
azfa

İsrail Baydenin qısa müddətli mənfəəti üçün İrana pis razılaşma barədə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin kəşfiyyat naziri Eli Koen “Reuters”ə deyib ki, “Bizim hərbi təyyarələrimiz Yaxın Şərqin istənilən nöqtəsinə və əlbəttə ki, İrana çata biləcək”.

İranla Qərb arasında nüvə anlaşmasının bərpası imkanları haqda danışan nazir bildirib ki, pis sövdələşmə regionu müharibəyə aparacaq. “Qısamüddətli mənfəət əldə etmək istəyən hər kəs uzunmüddətli mənfəəti yadda saxlamalıdır. İsrail İrana nüvə silahı əldə etməyə imkan verməyəcək. Bizim təyyarələrimiz Yaxın Şərqin istənilən nöqtəsinə, əlbəttə ki, İrana da çata biləcək”, – Eli Koen xəbərdarlıq edib.

Onun sözlərinə görə, dünyanın böyük dövlətləri İranı nəinki nüvə silahı əldə etmək üçün uranı zənginləşdirməkdən və ballistik raketlərin işlənib hazırlanmasından çəkindirməlidir, eləcə də onu məcbur etməlidir ki, başqa ölkələrdə destablizasiya yaratmasın və yaraqlıları maliyyələşdirməsin.

“Reuters” qeyd edir ki, bu həftə İsrail yüksək rütbəli nümayəndələrini İran məsələsini müzakirə etmək üçün Vaşinqtona göndərib. Bayden administrasiyası İranla nüvə sövdələşməsinin bərpasına və bu ölkəyə qarşı sanksiyaların bir qədər yumşaldılmasına hazır olduğu haqda mesajlar göndərir. İsrail isə bundan məmnun deyil.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …