Bazar ertəsi , Avqust 3 2026
azfa

İsrail İran adlanan ölkənin ballestik raket təhdidi ilə bağlı BMT-yə müraciət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Dani Danon Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.

Təmsilçi BMT-dən İranın nüvə təhdidlərinə qarşı zəruri addımlar atmalarını tələb edib.

Məktubda qeyd edilib ki, İran bu ilin yanvar və fevral aylarında fəzaya peyk göndərməyə cəhd göstərib. Bu isə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozan hal hesab edilir.

Qeyd edək ki, İranın fəzaya peyk göndərməklə bağlı qeyd edilən hər iki cəhdi uğursuzluqla nəticələnmişdi. Bu cəhdlərdən sonra beynəlxalq ictimaiyyət İranın aerokosmik fəaliyyəti ilə bağlı öz narahatlığını ifadə etmişdi. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sədri Mayk Pompeo İranın kosmosa peyk göndərməyə çalışmasını Avropa və Yaxın Şərq ölkələri üçün böyük təhlükə adlandırmışdı.

İranla 5+1 ölkələri arasında nüvə razılaşmasından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2231 saylı qətnamənin müddəalarına əsasən, rəsmi Tehran nüvə başlıq daşıya bilən ballistik raket istehsal edə və sınaqdan keçirə bilməz.

İsrailin BMT-dəki nümayəndəsi həmçinin qeyd edib ki, İran 2231 saylı qətnaməni pozan bu cür addımlar atmaqla əslində beynəlxalq ictimaiyyətin rəylərini gözardı edir. Buna görə də Təhlükəsizlik Şurasına üzv ölkələr rəsmi Tehranın bu təhdidləri qarşısında qəti addım atmalıdırlar.

 

Həmçinin yoxlayın

Nikki Heyli: İran nüvə proqramını heç vaxt dayandırmayacaq

GADTB: ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli, Demokratiyaların Müdafiəsi Fondunun rəhbəri Mark Dubovitzin X sosial …

Molla rejimi türkmən futbolçu Sərdar Azmunun müsadirə edilən əmlakını qaytarmır

GADTB: İran İslam Respublikasının Məhkəmə Hakimiyyəti bazar günü türkmən əsilli tanınmış futbolçu və İran milli …

Bir cavab yazın