Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İsrail  İranın gizli şəkildə göndərdiyi silahları ələ keçirdi

GADTB: İsrail İordan çayının qərb sahilinə (Fələstin) İran silahlarının qaçaqmalçılıq yolu ilə keçirilməsi planının qarşısını alıb.

Bu haqda İsrailin “Kanal 14”-ü “Şin Bet”in bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, İranın məqsədi İordan çayının qərb sahilindəki qrupları silahlandırmaq və İsrail hədəflərinə hücum etmək olub.

“Ələ keçirilən yükün içərisində onlarla partlayıcı qurğu, pilotsuz təyyarələr, tank əleyhinə silahlar, qumbaralar, tapançalar, tüfənglər və yüzlərlə patron olub”, – məlumatda bildirilib.

Qeyd olunub ki, istintaq aylar əvvəl silah satıcısının Ramallah yaxınlığında həbs edilməsindən sonra başlayıb və nəticədə böyük bir qaçaqmalçı şəbəkəsi ifşa edilib.

İsrailin iddiasına görə, qaçaqmalçılıq əməliyyatı SEPAH-ın “4000-ci bölməsi”nin komandiri Cavad Qaffari və Suriyada Əsgər Bagirinin nəzarəti altında fəaliyyət göstərən “18840-cı bölük” vasitəsilə həyata keçirilib.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …