Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İsrail İranın sentrifuqaları Külüng dağına köçürdüyünü deyir

GADTB : “The Wall Street Journal” qəzeti yazıb ki, İsrail kəşfiyyatı İranın minlərlə uran zənginləşdirmə sentrifuqasını Külüng dağı altındakı yeraltı tunellərə köçürdüyünə inanır və bu barədə ABŞ-yə məlumat verib.

Nəşrin yazdığına görə, İsrail tərəfi bu addımın Tehranın nüvə proqramını yenidən sürətləndirməsi ilə bağlı narahatlıqları artırdığını hesab edir. Məlumatda bildirilir ki, sentrifuqalar 2025-ci ilin iyununda İranın əsas nüvə obyektlərinə zərər vuran 12 günlük müharibədən sonra həmin kompleksə daşınıb.

“The Wall Street Journal” qeyd edir ki, Külüng dağı uzun illərdir ABŞ və İsrailin diqqət mərkəzindədir.

İranın əsas nüvə obyektlərindən birinin yaxınlığında yerləşən yeraltı kompleksin 2020-ci ildə partlayış nəticəsində zərər görmüş sentrifuqa yığma zavodunun alternativi kimi istifadəyə verildiyi bildirilir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …