Çərşənbə axşamı , İyul 21 2026
azfa

Sayın Mikayil bəy Oytadan beynəlxalq ictimaiyyət və dünya mediasına müraciət

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta beynəlxalq ictimaiyyət və dünya mediasına müraciət ünvanlayıb. Muraciəti olduğu kimi təqdim edirik:

Beynəlxalq ictimaiyyətə və dünya mediasına müraciət

Güney Azərbaycanın paytaxtı Təbrizin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq

Güney Azərbaycanın tarixi və mədəni mərkəzi olan Təbriz və ümumiyyətlə Güney Azərbaycan son dövrlərdə artan gərginlik və təhlükələr qarşısında qalmaqdadır. İran hakimiyyətinin uzun illərdir davam edən azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti, insan hüquqları sahəsində yaratdığı ciddi məhdudiyyətlər və xalqımızın bütün milli-mədəni hüquqlarını kobud şəkildə pozması dərin narahatlıq doğurmuşdur.

Dünya ictimaiyyəti bilməlidir ki, biz — milyonlarla Azərbaycan türkünün — heç bir xalqla, heç bir millətlə və heç bir dövlətlə düşmənçilik niyyətimiz olmayıb. Bizim mübarizəmiz hər hansı xalqa qarşı deyil; məqsədimiz Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin dil, mədəniyyət, kimlik və fundamental insan hüquqlarının tanınması və qorunmasıdır.

Uzun illər ərzində Güney Azərbaycanda Azərbaycan türkləri ana dilində təhsil imkanlarının məhdudlaşdırılması, mədəni hüquqlara qoyulan maneələr, sosial və iqtisadi çətinliklər, siyasi təzyiqlər və müxtəlif ayrı-seçkilik halları ilə üzləşmişdir.

Biz inanırıq ki, xalqlar arasında sülh, qarşılıqlı hörmət və dialoq bütün problemlərin həlli üçün əsas yoldur. Güney Azərbaycan türkləri bölgəyə müharibə, zorakılıq və qarşıdurma gətirilməsini deyil, ədalətli, dinc və beynəlxalq hüquqa uyğun həll yollarının tapılmasını istəyir.

Beynəlxalq təşkilatları, dünya mediasını və insan hüquqları qurumlarını Güney Azərbaycanda xalqın səsini eşitməyə, bölgədəki insan hüquqları vəziyyətinə diqqət yetirməyə və sülh yolu ilə həll istiqamətində səyləri dəstəkləməyə çağırırıq.

Dünya bilməlidir: Güney Azərbaycanda azərbaycan xalqının tələbi düşmənçilik deyil, öz müstəqillik hüququna, milli-mədəni hüquqlarına, azadlıqlarına və ləyaqətinə hörmət edilməsidir. Bizim çağırışımız qarşıdurmaya deyil, sülhə, ədalətə və xalqlar arasında qarşılıqlı hörmətə əsaslanır.

Mikayıl Oyta

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Beynəlxalq Əlaqələr Departamentinin sədri

Həmçinin yoxlayın

Azərbaycanlı fəallar ustad Yusif Fərzanə ilə görüşüb

GADTB: Azərbaycanlı mədəni və ictimai fəal nəşriyyat və mədəniyyət sahəsinin tanınmış simalarından olan ustad Yusif …

İsrail İranın sentrifuqaları Külüng dağına köçürdüyünü deyir

GADTB : “The Wall Street Journal” qəzeti yazıb ki, İsrail kəşfiyyatı İranın minlərlə uran zənginləşdirmə …