İsrail İranın Suriyadakı yeraltı raket istehsalı zavodunu darmadağın etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail yanvarın 2-də Suriyada İranın raket istehsal edən obyektini məhv etmək məqsədi ilə keçirdiyi əməliyyatların videolarını yayıb.

Bu əməliyyat İsrail ordusunun 120 komandosunun iştirakı ilə 8 sentyabr 2024-cü il-də  Bəşər Əsəd rejimi dövründə və İsrailin Hizbullah rəhbərliyinə, komandirlərinə və üzvlərinə qarşı hücumlarından əvvəl baş verib.

Yeraltı təsisatlara hücum İrana bağlı Hizbullah və Bəşər Əsəd hökuməti üçün qanadlı raketlər istehsal etmək üçün istifadəsi nəzərdə tutulan mərkəzlərin aradan aparılması məqsədilə həyata keçirilib.

Bu yeraltı təsisatlar İsraildən 200 km şimalda və Suriyanın qərb sahillərindən 45 km məsafədə, Misyaf bölgəsində Suriya hökumətinin elmi tədqiqatlar və hərbi sənayenin tədqiqi mərkəzinin ətrafındakı dağın 70-130 metr dərinliyində inşa edilmişdir.

İsrail ordusu İslam Respublikasının 2017-ci ilin sonundan etibarən bu ərazidə qazıntı işlərinə başladığını və İsrail kəşfiyyat mənbələrinin İran hökumətinin bu addımından əvvəldən xəbərdar olduğunu açıqlayıb.

Məlumata görə, İsrailin Hizbullaha göndərilən silah yüklərinə illərdir uğurlu hücumlarından və İsrailin eyni yerdəki raket mühərrikləri istehsal edən müəssisəyə ağır hücumundan sonra İran dağın mərkəzində raket istehsalı müəssisəsi tikməyə qərar veribmiş.

2021-ci ildə İran hökuməti qazma və tikinti işlərini başa çatdıraraq raketlərin kütləvi istehsalı üçün lazımi avadanlığın köçürülməsinə başlayıb və sonrakı illərdə də avadanlıqların köçürülməsinə davam edib.

İsrail ordusunun məlumatına görə, SEPAH-ın bu obyekti hücum zamanı, yəni 2024-cü il sentyabrın 8-də tam fəaliyyət göstərməsə də, işə başlamazdan əvvəl son mərhələdə olub və raket mühərriklərinin kütləvi istehsalına əlavə olaraq, iki raket də eksperimental olaraq istehsal edilib.

İsrail ordusu bildirib ki, hər il 100-300 raket, o cümlədən 300 km uzaqmənzilli raketlər, 130 km mənzilli dəqiq raketlər və 40-70 km qədər qısa mənzilli raketlər istehsal etməyi planlaşdırırdı.

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …