Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İsrail Suriyada İranın daha 5 sepah terrorçusunu bombalayaraq öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail qırıcıları iyunun 23-üdə axşam saatlarında Suriyada İran bazalarına hücum edib. Hücumda İranın ən azı 5 sepah terrorçusu öldürülüb.

Suriya İnsan Haqları Monitorinq Qrupunun rəisi Rami Əbdülrəhman bildirib ki, 4 İsrail qırıcısı “Deyrəzzur” və “Əs-Suveyda” məntəqələrini bombalayıb.

O həmçinin deyib:“İranın qüvvələrinə məxsus bir binaya hava zərbələri endirilib. İkinci hücumda isə İranın Suriyanın “Əs-Suveyda” bölgəsinə göndərdiyi silah-sursat karvanı hədəfə alınaraq məhv edilib. Hər iki hücum nəticəsində 5 İran hərbçisi öldürülüb”.

Əbdülrəhman “Əl-Hədəs” telekanalına açıqlamasında həmçinin deyib ki, İsrail qırıcılarının ardıcıl olaraq, Suriyada İran mövqelərinə qarşı hücumları ruslarla tam koordinasiya edilib. Onun dediyinə görə, ruslarla amerikalılar Suriyada İranın hərbi varlığına son qoymaq üçün İsraillə razılığa gəliblər.

Qeyd edək ki, irqçi fars rejim İsraili boş sözlərlə hədələməklə kifayətlənsə də, İsrail çox sayda sepah terrorçusunu son illərdə davamlı olaraq məhv edib.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Bir cavab yazın