Cümə axşamı , Oktyabr 22 2026
azfa

Rejim Güney Azərbaycanda qızıl mədəninin işçilərinə haqlı etiraza görə cərimə ödətdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycan Ağdərə Qızıl Mədəninin işçilərini haqlı etiraza görə cərimə edib. Rejimin Qərbi Azərbaycandakı məhkəmə rəsimi Əli Əkbər Gərusi mədənin işçilərinin işsizliyə qarşı etirazlarına görə məhkum olduqları pul cəzasını ödəmədiyi halda 21 ay həbs cəzası çəkəcəklərini bildirib.

Gərusi işçilərə verilən hökmün icra mərhələsində olduğunu vurğulayaraq, məhkəmə tərəfindən həbs yerinə verilən pul cəzasının işçilər tərəfindən hissəli ödəniş yolu ilə ödəmək məcburiyyətində olduqlarını deyib.

Rejimin məhkəməsi hökmü şikayətçinin şikayəti əsasında çıxarıb. Lakin şikayətçi sonradan şikayətini geri götürüb. Buna baxmayaraq rejim azərbaycanlı işçiləri yüksək məbləğdə cərimə ödətdirir.

Qeyd edək ki, Ağdərə mədəninin işçiləri 2014-cü ildə işdən çıxarıldıqları üçün etiraz aksiyası keçirmişlər. Həmin etirazlar zamanı 350 işçinin işdən çıxarılması və əmək müqavilələrinin yenilənmədiyi üçün aksiya keçirmişdilər. Onlardan bəzisi intihara cəhd etmişdir. Polis qüvvələri aksiyanı dağıdaraq işçilərin bir neçəsini yaxalamışdı. Ancaq mədən işlədən işçilərdən məhkəməyə şikayət etmiş və bu da işçilərin həbs, şallaq və pul cəzasına məhkum olması ilə nəticələnmişdi.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın