GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşq şəhərinin qərbində yerləşən hərbi obyektləri vurub.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalının aprelin 14-də məlumat yayıb.
Məlumatda bildirilib ki, İsrail qüvvələri Dəməşqin qərbində İranın qabaqcıl dronlarını, habelə Suriya rejiminin hava hücumundan müdafiə sistemlərini və radar qurğularını hava hücumlarına məruz qoyub.
Xatırladaq ki, bundan öncə Suriya İnsan Haqları Müşahidə Qrupu Dəməşqin cənub-qərbində İsrailin hava hücumları nəticəsində ardıcıl partlayışların baş verməsi ilə bağlı xəbər yaymışdı.