İsrail və Rusiya İran adlanan ölkəyə qarşı razılaşdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin “Kanal 10” televiziyasının yaydığı məlumata görə, İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər.

Razılaşmaya görə, İran, Hizbullah və ya hər hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək.

Suriya rejiminin razılaşmanı təsdiq etdiyi deyilsə də, hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama yayılmayıb.

İsrail Müdafiə naziri Libermanın rus həmkarı Sergey Şoyqu ilə İranın Suriyadakı varlığını müzakirə üçün Moskvaya getməsi gözlənilir.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bir qədər əvvəl verdiyi açıqlamada Suriyanın cənub sərhədinə yalnız bu ölkənin ordusunun nəzarət etməli olduğunu demişdi.

 

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın