Çərşənbə axşamı , May 24 2022
azfa

İstanbulun (Konstatinapol) fəthi

GADTB: Bizans imperiyasının paytaxtı olan Konstantinopol Osmanlı dövləti yarandığı gündən qayıların əsas hədəfinə çevrilmişdir. Bu məqsədi yerinə yetirmək isə Fateh II Mehmetə qismət olmuşdur. Onun İstanbulu fəth etmək istəyinin əsasında müxtəlif səbəblər dayanırdı. Fatehin siyasi məqsədi İstanbulu Osmanlı dövlətinin mərkəzinə çevirmək idi.

Bildiyimiz kimi İstanbul Şərq və Qərb ticarətinin mərkəzi hesab olunurdu. II Mehmet boğazlara sahib olmadıqca yurdunun tam da güvəndə olmadığının fərqində idi. Çətin vaxtlarda Anadoludan Rumeliyə rahatlıqla kömək göndərə bilməli idi, amma İstanbul Bizansın əlində olduğu müddətcə bunu rahatlıqla etmək mümkün olmurdu. Osmanlı dövləti dəniz ticarətini genişləndirmək və boğazlarda hakim olmaq məqsədilə mütləq İstanbulu fəth etməli idi. Şəhəri alaraq Qara dənizi Türkiyənin dənizi halına gətirə bilər və Ağ dəniz ticarətində üstünlük əldə edə bilərdi.Qeyd etmək lazımdır ki, şəhər fəth olunduğu təqdirdəOsmanlı dövləti iqtisadiyyat və ticarətbaxımından güclənəcəkdi.

1452-ci ildə Sultan II Mehmet hücum üçün hazırlıqlar keçirirdi. İstanbulu bundan əvvəl tutmaq istəyən başçıların strategiyalarını gözdən keçirən Fateh, qurudan edilən hücuma dənizdən kömək gəlməsə şəhərin alına bilməyəcəyi qənaətinə gəldi.Baltaoğlu Süleyman Paşa 147 gəmi ilə qurudan edilən hücuma kömək vermək üçün hazırlanmışdı. İstanbulun fəthinə ayrılan zamanda Osmanlı sarayında fəth məsələsi üstündən iqtidar mübarizəsi yaşanmışdır.  Fəth 29 may 1453-cü il tarixində gerçəkləşdi. 6 aprelden mühasirə olunan İstanbul 53 günlük mühasirədən sonra fəth olundu. Şəhərin əvvəlki adı “Konstantinopol” bu zaman dəyişdirilərək “İstanbul” adlandırıldı.Şəhər Osmanlı imperiyasının paytaxtına çevrilmişdir. İstanbulun fəthindən sonra Fateh ilk olaraqəhalinin sayının artırılmasına önəm verirdi. Osmanlı imperatorluğundan kim öz arzusu ilə buraya gələrdisə ona mülk veriləcəkdi. Bundan sonra bir çox insan İstanbula köçdü. Ancaq köçürmənin könüllü olması istənilən nəticəni vermədi və bu siyasət bir müddət sonra dayandırıldı. Fəthdən sonra fərqli dinə sitayiş edən insanlar öz dinlərində qalmaqda davam etdilər. Burada yerli xristianlarla fəthdən sonra gələn müsəlmanlar bir arada yaşayırdılar. İstanbulun ilk məhəllələri adlarını buraya yerləşdirilən Fateh qazilərindən aldılar. Fateh Bizansın dövründə avropalılara göstərilən xüsusi ticarət güzəştlərinə son qoydu. Onun dövründə İstanbul, Ədirnə və Bursa sənaye və ticarət mərkəzi olaraq öz yerlərini aldı.

Türkologiya Araşdırma Mərkəzi

Həmçinin yoxlayın

Azərbaycanın Şamaxı şəhəri türk dövlətlərinin turizm paytaxtı seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Şamaxı şəhəri 2023-cü il üçün türk dövlətlərinin …

Çinin uyğur türklərinə qarşı soyqırımı sənədləşdirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss bildirib …

Bir cavab yazın