Çərşənbə , Avqust 12 2026
azfa

Krım tatarlarının lideri: Rusiya parçalanma ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Qərbi yeni silahlanma yarışına cəlb etməyə çalışır.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına müsahibəsində Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib.

“Bir müddət əvvəl Rusiya özünün yeni qitələrarası ballistik raketi olan “Sarmat”la fəxr etməyə başladı. Rusiya Qərbi yeni silahlanma yarışına dəvət edir. Krımın işğaldan azad olunması üçün belə bir şey bizə lazımdır. Çünki məhz silahlanma yarışı SSRİ-nin parçalanmasına və süqutuna gətirmişdi. Rusiya artıq SSRİ-dən çox uzaqdır. Onun ətrafında əvvəlki sosialist dövlətləri yoxdur. Onlar çoxdan Moskvadan uzaqlaşaraq başqa tərəfə keçiblər. Rusiyanın ümumdaxili məhsulu hətta Amerikanın Kaliforniya ştatından da az olmağa başlayıb. Bu artıq bizim üçün fürsətdir” – deyə o bildirib.

Həmçinin yoxlayın

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Molla rejimi azərbaycanlı fəal Milad Balsini məhkəməyə çağırdı

GADTB: Azərbaycanlı fəal «Milad Balsini»yə qarşı təzyiqlər davam edir. O, 18 mordad 1405-ci il tarixində …

Bir cavab yazın