Çərşənbə , Sentyabr 30 2026
azfa

Kürdlər 10 minlik ordu ilə Kərkükdə türklərə hücuma hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqdakı kürd peşmərgələr 2017-ci ildə çıxarıldıqları Kərkük şəhərində türklərdən intiqam almaq üçün hazırlıqlara başlayıblar.

O dövrdə Türkiyə və İranın fəal dəstəyi ilə Kərküklə yanaşı bir çox türkmən şəhərlərinə nəzarəti ələ alan Bağdad hökumətinin zəif siyasəti nəticəsində sonradan kürd peşmərgələr şəxsi geyimdə Kərkük şəhərinə daxil olublar.

İraq Türkmən Cəbhəsinin nümayəndəsi Məhmət Seman bildirib ki, Kərkükün Pence Əli, Şorca, Rəhimaba, Şoran və İmam Qasım məhəllələrində peşmərgənin onlarla hücrəsi var.

“Peşmərgənin əsasən Barturxana səmtində PKK-ya aid şəbəkə evləri var. Qəndildə terrorçuların əsas simaları saxta sənədlərlə Kərkükə gəlir və bu evlərdə toplantılar keçirirlər”, – İraq Türkmən Cəbhəsinin nümayəndəsi əlavə edib.

Kürd ünsürlərin Bağdadda artan siyasi qeyri-müəyyənlikdən istifadə edərək Kərküklə “hesablaşmaq” niyyətində olduğunu vurğulayan Məhmət Seman vəziyyətin yaxşı olmadığını bildirib:

İraq Türkmən Cəbhəsinin qurucu üzvü Hicran Qazançı da bəyan edib ki, peşmərgə tərəfindən silahlı təlim görən 10 minə yaxın döyüşçü hazır vəziyyətdə gözləyir.

Ərəblərin Oyanış Şurası adı altında Kərkükdə gərginlik hazırlaşdıqlarına diqqət çəkən Qazançı qeyd edib ki, türkmənlər belə bir vəziyyətdə müdafiəsiz qalacaqlar və ümidləri yalnız Türkiyəyədir.

Onun sözlərinə görə, yaraqlılara aid hücrələrin ətrafında silah anbarları da var.

Məlumat üçün qeyd edək ki, qədim türkmən şəhəri olan Kərkük 2005-ci ildə Amerikanın İraqı işğal etməsindən sonra “mübahisəli şəhər”ə çevrilib. Mosul və Kərkük milli sərvətlər səbəbindən özəl əhəmiyyətə malikdir. Uzun illərdir ki, Kərkükü Kürd Muxtar Bölgəsinə bağlamağa çalışan ünsürlərin başqa hədəfi buradakı nəft yataqlarına yiyələnməkdir. Elə bu məqsədlə Kürd Yurdsevərlər Birliyinə bağlı peşmərgələr Həsən bəy nəft sahəsini ələ keçirməyə cəhdlər ediblər.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …