Kürdüstan vilayətinin televiziya şəbəkəsində bu vilayətin türklərinə yer verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Kürdüstan vilayətinə birləşdirdiyi Azərbaycan ərazilərindən olan azərbaycanlı fəalların bildirdiyinə görə, onların müraciətinə baxmayaraq Kürdüstan vilayətinin televiziya şəbəkəsi irqçi yanaşma sərgiləmiş bu vilayətdə yaşayan türklərə yer vermir. Əhalinin müəyyən bir hissəsini təşkil edən türklərin dilində heç bir proqram və veriliş verilmir.

Qeyd edək ki, Kürdüstan vilayətinə birləşdirilən qədim Azərbaycan əraziləri olan Qürvə və Bicar rayonları, eləcə də Dehgəlan, Sərişabad, Dizə, Dilbəran, Yasukənd, Pirtac, Topağac, Babaşardan şəhər və qəsəbələrində türklər yaşayır. Həmçinin Saqqız, Divandərə və Sənəndəcin şərq hissəsinin kənd və qəsəbələrində də Azərbaycan türkləri yaşamaqdadır.

Bu ərazilərdə yarım milyonadək Azərbaycan türkü bütün hüquqlarından məhrum vəziyyətdə yaşayır və vilayətin televiziya şəbəkəsində onlara yer verilmir və türkcə heç bir proqram və veriliş verilmir.

Azərbaycanlı fəallar bu irqçi yanaşmanın ortadan qaldırılmasını tələb ediblər.

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …

Bir cavab yazın