Çərşənbə , İyun 10 2026
azfa

Məsud Pejeşkian Türk millətinin tələblərini etnik tələb adlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkədə tələbə günü münasibəti Tehran Universitetində çıxış edən Məsud Pejeşkian Azərbaycanın türk millətinin tələblərini etnik tələb adlandıraraq deyib ki, biz özümüz etnik tələbləri irəli sürməliyik ki, biganələr ondan istifadə etməsinlər.

Bir çox məsələlərdən danışan M.Pejeşkian Azərbaycan məsələləri ilə bağlı dedi: “Türk Məntqəqələrinin Fraksiyasının təşkilindən məqsəd türk dilində təhsillə bağlı konstitusiyanın 15-ci maddəsini irəli sürməkdir”.

O Türk Məntqəqələrinin Fraksiyasının təşkili barədə sualı cavablandırarkən deyib: Bu qılıncın iki üzüdür. İxtilafları genişləndirmək düzgün deyildir. Lakin fraksiyasının təşkilindən məqsəd türk dilində təhsillə bağlı konstitusiyanın 15-ci maddəsini irəli sürməkdir. Əgər bu tələbi çərivədə irəli sürməsək, biganələrin istifadə edəcəyi məsələ halını alar. Biz özümüz etnik tələbləri irəli sürməliyik ki, biganələr ondan istifadə etməsinlər.

Həmçinin yoxlayın

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …

Bir cavab yazın