
GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında görüş keçirilir.
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi general-mayor Möhsün Rzayi görüşdə ev sahibi olaraq; Pakistan Ordusunun komandanı Asim Munir, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın isə bu üç ölkənin nümayəndələri qismində iştirak edirlər.
Regionun təhlükəsizliyi, İrana hərbi hücumun nəticələri, hücumun davam etməsi, eləcə də Fələstin və Livan xalqına kömək göstərilməsi görüşdə müzakirə olunan əsas mövzulardır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi