GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Marağa şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçiriblər.
İşçilər işi dayandıraraq bələdiyyə binasının qarşısına toplaşıblar.
İşçilər uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanıldıqlarına, əmək haqlarının ödənilməməsinə etiraz ediblər.
Azərbaycanlı işçilər aylardır Marağa bələdiyyəsinə başçı təyinatının problemə çevrildiyini, bunun əziyyətini işçilərin çəkdiyini deyiblər.
Qeyd edək ki, uzun müddətdir Marağa Şəhər Şurası ilə bələdiyyə idarəsi arasındakı ixtilaflara görə, bələdiyyə başçısının təyinatı problemə çevrilib. Bu isə şəhərdə bütün sahələrdə problemlərin dahada artmasına səbəb olub.