Marağada yük maşını sürücüləri etiraz və tətillərə qoşuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Marağa şəhərinin yük maşını sürücüləri Güney Azərbaycanın əksər şəhərlərində keçirilən etiraz və tətillərə qoşulub.

Məlumata görə, Marağada yük maşını sahibləri dövlətdən sığorta haqlarının artırılması, yük daşıma xidmətinin ucuz olması və maşının ehtiyat hissələrinin baha olması məsələlərinə baxılmasını tələb edərək, etirazlara qoşulublar.

Yük maşını sürücüləri maşınları ilə birlikdə Məclis meydanına toplaşıb tətilə başlayıblar. Etirazçılar bildiriblər ki, son bir il ərzində maşının təkər və digər ehtiyat hissələri iki dəfə bahalaşıb. Onlar maşının sığorta haqqının azaldılması və təqaüdə çıxan sürücülərin aylıq maaşının artırılmasını tələb ediblər.

Aksiya iştirakçılarının bildirdiyinə görə, “yük maşını sahiblərinin yük daşıma şirkətləri ilə əməkdaşlığı bir qayda olaraq sürücülərin haqqının tapdalanması ilə nəticələnir və qazandığımız pul şirkət sahiblərinin cibinə gedir. Siğorta haqları və ehtiyat hissələrinin bugünkü qiyməti ilə çalışmaq, yük maşını sahiblərinə sərf etmir.

 

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın