GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iki gün ərzində əşyalarımı daşıya bilməyəcəyəm.
Bu sözləri keçmiş Ağdərə rayonun Boyəhmədli kəndində işğaldan sonra məskunlaşan erməni əsilli mağaza sahibi Armen deyib.
Bu səbəbdən o, mağazanı Azərbaycan türklərinə qalmaması üçün yandırmaq qərarına gəlib.
Qeyd edək ki, keçmiş Ağdərə rayonunun 7 kəndi 20 noyabra qədər Azərbaycanın nəzarətinə qaytarılacaq. Bu kəndlər Yeni Marağa, Mollalar, Seysulan, Papravənd, Boyəhmədli, Əliağalı, Ciləbürtdür.
Ağdərə rayonu Azərbaycan MM-in qərarı ilə lğv edilib. Bu rayonun kəndləri Tərtər, Ağdam və Kəlbəcər rayonlarının inzibati ərazisinə daxil edilib.
Hazırda geri qaytarılan Yeni Marağa, Mollalar, Papravənd, Boyəhmədli, Əliağalı Ağdam rayonuna, Ciləbürt və Seysulan isə Tərtər rayonuna aiddir.