GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Miyana şəhərində Azərbaycan türklərinin dağçılar bayramı keçirilib.
Novruz bayramı ərəfəsində son cümə günü Miyananın Qaflantı dağlarının «Keçilik» adlı bir zirvəsinin yamaclarında möhtəşəm bir mərasım keçirilir.
Bu mərasımdə bütün dağçılar, öz ailə üzvləri ilə Novruz ərəfəsində son cümə həmin mərasimi keçirmək niyyəti ilə dağda aşıqların sazlarını dinləyərək , bahara « xüş gəldin» deyərlər.
Bu mərasım səhər saat yeddidən başlayır. Dağçılar səhər yemklərini yedikdən sonra keçilikdə bir yerə toplaşırlar. Azərbaycan musiqisi ilə mərasim keçirilir.