Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Ərdəbildən olan keçmiş siyasi məhbus Vahid Qədirzadəni yenidən həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən molla rejiminin 10 nəfərə yaxın məmuru Vahid Qədirzadənin atasının evinə basqın edərək, onu həbs ediblər.

Hələlik Vahid Qədirzadənin həbs edilmə səbəbi məlum deyil.

Vahid Qədirzadə bundan əvvəl 2018-ci ildə metroda gül-çiçək səpdiyinə, insanlarla söhbət etdiyinə görə rejimin məmurları tərəfindən həbs edilərək Evin həbsxanasına aparılmışdı. O, “qruplarla birləşmək və əlbir olmaq” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Apellyasiya məhkəməsinə müraciət edildikdən sonra bu cəza 1 il 6 aya endirilmişdi. 

Qədirzadə bir ilə yaxın həbs cəzasını çəkdikdən sonra Evin həbsxanasından şərti olaraq azad edilmişdi. 

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …