Cümə axşamı , Dekabr 26 2024
azfa

Molla rejimi Abbas Lisanini məhkəmənin qərarlarının icrası bölməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisani dünən Ərdəbil İnqilab Məhkəməsinin qərarlarının icrası bölməsinə çağırılıb.

Bununla bağlı, milli fəal öz “Telegram” kanalında paylaşım edib. Abbas Lisaninin sözlərinə görə, məhkəməyə çağırışla əlaqəli ona oktyabrın 10-da elektron bildiriş göndərilib.

Bildirişdə yazılıb: “Siz məhkəmə işinizlə bağlı 10 gün ərzində cəriməni ödəmək üçün məhkəməyə gəlməlisiniz. Bundan əlavə, cəriməni ödəmək üçün vaxtında gəlsəniz, sizə mümkün 20% endirim ediləcək”.

Abbas Lisaninin bundan əvvəl Yəzd şəhərinə 32 aylıq sürgün cəzasına tabe olmaması və Yəzdən geri qayıtması ilə bağlı olduğu ehtimal olunur.

Xatırladaq ki, 31 avqust 2024-cü il tarixində, təhlükəsizlik və polis qüvvələri Abbas Lisaninin Ərdəbil şəhərindəki evinə hücum edib, onu özləri ilə aparıb və sentyabrın 1-də onu məcburi şəkildə Yəzd şəhərinə köçürüblər.

Qeyd edək ki, Abbas Lisani, 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra, “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib.

Keçmiş siyasi məhbus məcburi sürgün cəzasını çəkmək üçün Yəzd şəhərinə göndərilsə də,  o, Yəzd şəhərinə çatdıqdan sonra bu cəzanı qanunsuz adlandıraraq Ərdəbilə qayıdıb.

Məhkəmə qərarları ilə bağlı işin vəkili Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər cənab Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi.

Bu səbəbdən, milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …