Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi azərbaycanlı körpəyə Duyğu adına doğum şəhadətnaməsi verməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil əyalətinin Germi şəhərindən olan azərbaycanlı körpə Duyğunun ailəsi çoxsaylı müraciətlər və hüquqi mübarizədən sonra həmin ada qızlarına doğum haqqında şəhadətnamə ala biliblər.

Duyğunun atası Adil Dəlir öz “İnstaqram” hesabında qızının doğum haqqında şəhadətnaməsini paylaşaraq nəhayət qızların Duyğu adına doğum şəhadətnaməsi almağa müvəffəq olduqlarını yazıb.

Bundan öncə Ərdəbil əyalətinin Germi şəhərində dünyaya göz açan azərbaycanlı körpə- Duyğunun valideynləri övladlarına türk adı qoyduqlarına görə molla rejimin  ona doğum haqqında şəhadətnamə verməkdən imtina etdiyini bildirmişdilər.

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı valideynlərə öz övladların öz dillərində ad qoymağa mane olmaqla və öz dillərində təhsili qadağan etməklə, onları bir millət kimi məhv etməyə çalışır.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …