GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə rejimin İnqilab Məhkəməsinin ikinci şöbəsində mühakimə edilən azərbaycanlı fəallar Milad Cəlili və Salar Tahir Əfşar şərlənərək həbsə məhkum ediliblər.
İrqçi fars-molla rejimi azərbaycanlı fəallarl şərləyərək olmayan məsələlərdə ittiham edib.
Azərbaycanlı repçi və fəal Milad Cəlili 8 ay, azərbaycanlı Salar Tahir Əfşar isə ay həbsə məhkum edilib.
Qeyd edək ki, azərbaycanlı fəal Salar Tahir Əfşar özünün şəxsi əşyaları ilə yanaşı, bacısına məxsus mobil telefon və avtomobilinin sənədləri də müsadirə edilmişdi.
Tanınmış türk rep ifaçısı Milad Cəlili – Elşən isə noyabrın 27-də molla rejimin azərbaycanlı milli fəalları kütləvi həbs etməsinə etiraz olaraq hazırladığı rep mahnısını ifa edərək “İnstagram” səhifəsində paylaşdığı üçün yaxalanmışdı.
Milad Cəlili (İlşən) Təbrizdə rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilmiş və həbsindən bir neçə həftə sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdür..