Çərşənbə , Sentyabr 9 2026
azfa

Molla rejimi Azərbaycan Milli Hərəkatının 6 fəalını Təbrizdə prokurorluğa çağırıb

GADTB: Güney Azərbaycan Milli Hərəkatının altı fəalı – Sima (Əkrəm) Əlipur, Salar Tahir Əfşar, Vəhid Əbhəri, Cavid Nəzmi, Nima Radməniş və Hüseyn İsmaili Someə aldıqları elektron bildirişlə 5 gün müddətinə onlara qarşı irəli sürülən ittihamlardan özlərini müdafiə etmək üçün Təbrizdə III Ümumi və İnqilab Prokorluğuna müraciət etməlidirlər.

Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü şöbəsinin müstəntiqi Seyid Cavad Fəqihin yaydığı bildirişə görə, bu azərbaycanlı fəallara qarşı irəli sürülən ittihamlar “sistemin əleyhinə təbliğat”, “ictimai rəyi narahat etmək”, “dövlət məmurları tərəfindən hökumət və rəsmi sənədləri saxtalaşdırmaq” və s. Xəbərin yazıldığı vaxta kimi bu ittihamların səbəbləri barədə dəqiq məlumat yoxdur.

Çağırılan şəxslərdən Salar Tahir Afşar hazırda Evin həbsxanasında 5 illik cəzasını çəkir.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …