Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi Azərbaycan türkcəsində kitab nəşrinə icazə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Mədəniyyət və İslami İrşad İdarəsi Güney Azərbaycan yazıçı Rza Hüseyni Bəqanamın Azərbaycan türkcəsində yazdığı “Sürgündə” kitabının nəşrinə icazə verməyib.

Hüseyni Bəqanam bu barədə deyib: “İdarə kitabda istifadə olunan dilin İran Azərbaycanının əsl türkcəsi və Təbriz ləhcəsi qaydalarına uyğun olmadığını əsas gətirərək, kitabın nəşrinə icazə vermədi”.

Qeyd edək ki, bir müddət əvvəl Şərqi Azərbaycan əyalətində rejimin Mədəniyyət və İrşad İdarəsinin mətbuat məsələləri üzrə sədr müavini Həsən Güli Azərbaycan dilində nəşr olunan kitabların dili ilə bağlı açıqlamasında İranda Azərbaycan ədəbi dilində olan və Azərbaycan Respublikasında qəbul olunmuş dövlət dili qaydalarına riayət edilən kitabların nəşrinə icazə verilməyəcəyini söyləyib.

“Türk dilinin müxtəlif ləhcələri var. Qonşu ölkələrdə də bu dildə fərqli ləhcələrdə danışılır və müxtəlif əlifbalarda yazılır. Ancaq əsl türk dili İranda danışılan türkcənin Təbriz ləhcəsidir. Bütün kitablarda bu qaydaya riayət olunmalıdır”, – deyə Güli bildirib.

Qeyd edək ki, molla rejimi Azərbaycan ədəbi dilində kitab nəşrinə mane olmaqla Güney Azərbaycanda fərqli kimlik formalaşdırmağa çalışır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …