Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi azərbaycanlı fəal Əli Rəzizadə Nadarlı zindana saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanda Milli Hərəkatının fəalı Əli Rəzizadə Nadarlını zindana saldı.

Azərbaycanlı fəal noyabrın 5-də ailəsi ilə telefon danışığı zamanı Tehrandakı Evin həbsxanasının 8-ci bölməsinə köçürülməsi barədə məlumat verib.

Qeyd edək ki, Tehranda yaşayan milli fəal Əli Rəzizadə Nadarlı oktyabrın 29-da bir illik həbs cəzasını çəkmək üçün azərbaycanlı milli fəalların müşayiəti ilə Evin zindanına yollanıb və həbsxananın karantin bölməsinə köçürülmüşdü.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …