GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əli Rəzizadə Nadarlını Tehranın Ümumi və İnqilab Məhkəməsinə çağırıb.
Tehranda yaşayan azərbaycanlı fəal Əli Rəzizadə Nadarlı bununla bağlı yanvarın 1-də İran məhkəməsinin elektron sistemi vasitəsilə yanvarın 1-də bildiriş alıb.
Bildirişdə azərbaycanlı fəalın beş gün müddətinə həmin məhkəmə orqanına müraciət etməsi istənilib.
Qeyd edək ki, Əli Rəzizadə Nadarlı bundan öncə “Hökumətə qarşı silahlı qruplaşmalarla əməkdaşlıq”da ittiham olunmuşdu. Lakin sonradan onun məhkəmə işinə baxılıb və noyabrın 14-də o bu ittihamdan bəraət almışdı.
Azərbaycanlı milli fəalın bəraət almasına baxmayaraq yenidən məhkəməyə çağrılması rejimin ETTELAAT İdarəsinin təzyiqi kimi dəyərləndirilə bilər.