Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Əlirza Fərşini sürgünə göndərəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yenicə həbsdən çıxmış tanınmış azərbaycanlı Əlirza Fərşi Tehranın Evin zindanında yerləşən “Şəhid Müqəddəs” prokurorluğunun cinayət hökmlərinin icrası idarəsinə çağırıb.

Bu barədə azərbaycanlı milli fəal özünün sosial şəbəkə hesabında paylaşım edib.

Fərşi bildirib ki, bu onun barəsində Xuzistan əyalətinin Bağməlik bölgəsinə iki illik sürgünə göndərilmə qərarı ilə bağlıdır.

Qeyd edək ki, ana dili uğrunda uzun müddət mübarizə aparan azərbaycanlı fəal Əlirza Fərşi fevralın 8-də zindandan buraxılıb.

Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə, ləcə də Ana Dili Günü mərasimində iştirak erdiyinə görə, 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülmüşdü.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …