Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Milad Balsini məhkəməyə çağırdı

GADTB: Azərbaycanlı fəal «Milad Balsini»yə qarşı təzyiqlər davam edir. O, 18 mordad 1405-ci il tarixində aldığı bildiriş əsasında ona qarşı irəli sürülən ittihamlara dair müdafiə vermək üçün Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci İstintaq Şöbəsinə çağırılıb.

Məlumata görə, fəal barəsində iki cinayət işi üzrə araşdırma aparılır. Birinci işdə ona «İran İslam Respublikası əleyhinə təbliğat», ikinci işdə isə «milli təhlükəsizliyə zidd olaraq xarici və ya müxalif media və sosial media səhifələrinə video, foto və ya məlumat göndərmək» ittihamları irəli sürülüb.

Balsini daha əvvəl Təbrizdə evinə Kəşfiyyat İdarəsinin əməkdaşlarının basqın etməsindən sonra dindirilib. Yayılan məlumatlara görə, dindirmə zamanı o, döyülmə, təhdid, təhqir və alçaldılmaya məruz qalıb.

Həmçinin Azərbaycan türkü fəalın bir sıra sənədləri və elektron cihazları təhlükəsizlik əməkdaşları tərəfindən müsadirə edilib və onların bir qismi hələ də ona qaytarılmayıb.

Milad Balsininin sonuncu dəfə məhkəməyə çağırılması onun barəsindəki hər iki cinayət işi üzrə araşdırmaların davam etdiyi bir vaxtda baş verib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …