Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi azərbaycanlı fəal Peyman İbrahimiyə ağır həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-mlla rejimi həbs etdiyi Təbrizdə yaşayan azərbaycanlı mədəni fəal və Azərbaycan rəqsi müəllimi Peyman İbrahimi Dinvəriyə ağır həbs cəzası verib.

Molla rejimi tərəfindən şərlənən azərbaycanlı fəal “rəhbəri təhqir etmək” və “hakimiyyətə qarşı fəaliyyət” ittihamlarına görə, 22 ay 17 gün həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, irqçi fars-molla rejiminin məmurları Peyman İbrahimini avqustun 26-da Təbrizdə həbs etmişdilər. Həbs edilərkən ağır şəkildə döyülən və bədən xəsarətləri alan azərbaycanlı mədəni fəal oktyabrın 25-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …