GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Zəngan şəhərində yaşayan azərbaycanlı fəal Məhəmməd Məlikini 10 il 3 ay cəza çəkmək üçün həbsxanaya çağırıb.
Məlumata görə, Məhəmməd Məliki “İnstagram” hesabında bu barədə paylaşım edərək bildirib ki, sabah həbs cəzasının icrası üçün Zəngan İnqilab Məhkəməsinə getməlidir.
Qeyd olunub ki, Azərbaycanlı fəal SEPAH-ın təcridxanasında 15 gün təkadamlıq kamerada qaldıqdan sonra zindana salınıb. Məhəmməd Məleki oktaybrın 18-də 600 milyon tümən girov qarşılığında istintaq başa çatana qədər zaminə buraxılıb. Daha sonra Zəngan əyalətinin Apellyasiya Məhkəməsi tərəfindən ümumilikdə 10 il 3 ay 1 gün müddətinə həbsə məhkum edilib.