Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi azərbaycanlı fəallar Əta Kərimi və Əli Əzizini İnqilab Məhkəməsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  Urmiya şəhərindən olan azərbaycanlı fəallar Əta Kərimi və Əli Əzizini məhkəməyə çağırıb.

Rejim Səna Məhkəmə-Ədliyyə Sistemi vasitəsilə onlara elektron bildirişi göndərib. Həmin bildirişə görə onlar 2024-cü il fevralın 17-də Urmiyada rejimin İnqilab Məhkəməsinə çağırıb.

Azərbaycanlı milli fəalların “hakimiyyət əleyhinə təbliğat aparmaq”da ittiham olunduğu bildirilir..

Qeyd olunub ki, həmin azərbaycanlı milli fəal 2016-cı ildə Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Urmu gölünün qurudulmasına etiraz etdikləri üçün “hakimiyyət əleyhinə təbliğat aparmaq” da ittiham edilərək, SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən həbs ediliblər və bir müddət sonra girov qarşılığında istintaq başa çatana qədər zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …