Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı gənci İran bayrağını yandırma ittihamı ilə edama məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı gənci İran bayrağını yandırma ittihamı ilə edama məhkum edib.

Güney Azərbaycanın Məlikan şəhərindən olan Meysəm Mübrəhən molla rejimi tərəfindən şərlənərək İran bayrağını yandırmaqda günahlandırılıb. Molla rejimi azərbaycanlı günahsız gənci həmin ittihamla edama məhkum edib.

Noyabrın 19-da Məlikanda keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün həbs edilən gənc azərbaycanlı Marağada rejimin zindanında həbsdə saxlanılır.

Azərbaycanlı gənc Meysəm Mübrəhənin yaxınlarından birinin verdiyi məlumata görə, noyabrın 19-da Məlikanda İran bayrağı hökumətə bağlı qüvvələr tərəfindən yandırılıb və bu etirazçıların separatçı olduğu barədə iddiaları əsaslandırmaq üçün həyata keçirilib.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …