Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi azərbaycanlı həkim ailəyə 20 il sürgündə həbs qərarı verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  etiraz aksiyaları zamanı hökumət qüvvələrinin üzvünün öldürülməsi məsələsi ilə bağlı şərlədiyi azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və onun həyat yoldaşı, kardioloq Fərzanə Qarahəsənlini 20 il sürgündə həbsə məhkum edib.

Hakim Asif Əl-Hüseyninin sədrliyi ilə keçirilən məhkəmə prosesinin sonunda Həmid Qarahəsənli Yəzdə 15 il, həyat yoldaşı Fərzanəni isə Məşhədə 5 il sürgündə həbsə məhkum ediliblər.

Bildirilib ki, Həmidin və Fərzanənin fiziki durumları ürəkaçan deyil. Həmid Qarahəsənli fiziki işgəncəyə məruz qalmasından sonra çanaq sümüyü və ağciyərindən ciddi xəsarət alıb.

İşgəncələr zamanı davamlı olaraq baş nahiyəsindən aldığı zərbələr nəticəsində Həmid Qarahəsənlinin baş-beyin nahiyəsində də zədələnmələr var.

Fərzanə xanım da bir çox fiziki işgəncələrlə qarşılaşıb və infeksiyaya yoluxub. O, müalicə hüququndan məhrum edilib.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …