GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Əşakn Saadətmehr barəsində açılmış işlə əlaqədar, onu Urmiyada “İnqilab” Məhkəməsinə çağırıb.
Məhkəmə bununla bağlı noyabrın 22-də Əşkan Səadətmehrə bildiriş göndərib. Bildirişdə qarşıdakı dekabr ayının 6-da onun məhkəməyə müraciət etməsi tələb olunub.
Məhkəmə bildirişinin verilməsi ilə eyni vaxtda azərbaycanlı fəalın İnstaqram hesabı İranın ETTELAAT Nazirliyi tərəfindən bağlanılıb.
Qeyd edək ki, Əşakn Saadətmehr ötən sentyabr ayının 20-də İranın ETTELAAT məmurları tərəfindən saxlanılmışdı.
Azərbaycanlı fəal 26 gün həbsdə qalandan sonra 100 miliyon tümən dəyərində mülk girov qarşılığnda, oktyabrın 15-də müvəqqəti zaminə buraxılmışdı.
Əşakn Saadətmehr Güney Azərbaycanın milli maraqları üzrə fəaliyyətləri səbəbindən İran hakimiyyəti tərəfindən dəfələrlərlə həbs və təzyiqlərlə qarşılaşmışdı.