Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Peyman İbrahimini təcridxanaya köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxaladığı azərbaycan rəqsi müəllimi və mili fəal Peyman İbrahimi Dinvəri ETTELAAT İdarəsinin Təbrizdəki təcridxanasına köçürülüb.

Azərbaycanlı fəal bu barədə ailəsi ilə qısa telefon danışığı zamanı məlumat verib.

Qeyd edək ki, ETTELAAT məmurları Peyman İbrahimi Dinvəri avqustun 26-da Təbrizdə həbs ediblər. Saxlanılan zaman onun ağır şəkildə döyüldüyü və bədən xəsarətləri aldığı bildirilib.

Hələlik molla rejimi azərbaycanlı fəalın ittihamı barədə açıqlama veriməyiblər.

Həmçinin yoxlayın

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …