Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Saleh Mollaabbasini həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı milli fəal Saleh Mollaabbasini 91 gün həbsə məhkum edib.

Azərbaycanlı fəal oktyabrın 12-də Güney Azərbaycanın Əhər şəhərində rejimin Cinayət Məhkəməsinin 101-ci şöbəsinin çıxardığı həbs qərarında milli fəalın “ictimai rəyi təhrik etmək üçün yalan məlumatlar yaymaq”da ittiham edildiyi bildirilib.

Bundan əvvəl iyulun 10-da Əhər şəhərində İran məhkəməsinin 101-ci şöbəsində keçirilən məhkəmə iclasında Mollaabbasinin vəkili Əsgər Məhəmmədi də iştirak edib və müvəkkilini müdafiə edib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Saleh Mollaabbasi 2022-ci il oktyabrın 9-da molla rejimin məmurları tərəfindən həbs edilib. O, noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərbəst buraxılıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …