GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəala ağır həbs cəzası verdi.
Azərbaycanlı fəal Əşkan Səadətmehr Urmiyanın “Şəhid Beheşti” Cinayət Məhkəməsinin 108 saylı şöbəsi tərəfindən ümumilikdə 7 il müddətinə həbsə məhkum edilib.
Məlumata görə, dekabrın 13-də milli fəalın iştirakı olmadan keçirilən məhkəmə iclasında o, “müqəddəsləri təhqir etmək” ittihamı ilə 5 il, “kiberməkanda yalan məlumatlar yaymaq” ittihamı ilə isə 2 il müddətinə həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, molla rejimi bundan öncə də azərbaycanlı milli fəalı həbs və təzyiqlərə məruz qoyub.